Xəbər lenti

Putindən Telman İsmayılova zərbə
Dünya13:03 08.05.2013

Putindən Telman İsmayılova zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva hökuməti azərbaycanlı biznesmenə məxsus olan İzmaylovski parkını 25 illik kirayə verməyi nəzərdə tutub.

Rusiyada yaşayan azərbaycanlı biznesmen Telman İsmayılovun Putin hakimiyyətilə 6 ildir davam edən mübarizəsi boşa çıxıb. 

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iş adamının İzmaylovski parkında kirayə götürdüyü 80 milyon dollarlıq ticarət kompleksi qeyri-qanuni tikili kimi tanına bilər.

Moskva hökuməti azərbaycanlı biznesmenə məxsus olan, İzmaylovski parkının daxilindəki “Ruslayna - 2000” açıq-səhmdar cəmiyyətinin 1,2 hektar sahəsini 25 illik kirayə verməyi nəzərdə tutub. 

Qeyd edək ki, Telman İsmayılov sözügedən ticarət kompleksinə görə Rusiya hökumətinə ildə 35 – 45 milyon rubl ödəyirdi.

Qaynar.info