Xəbər lenti

Putindən Ukrayna ilə bağlı sevindirici açıqlama: Danışıqlarda müsbət irəliləyiş var
Dünya11:59 11.03.2022

Putindən Ukrayna ilə bağlı sevindirici açıqlama: Danışıqlarda müsbət irəliləyiş var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşüb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Putin-Lukaşenko danışıqları Kremldə keçirilib.
Rusiya Prezidenti çıxışında Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş əldə edildiyini bildirib.
"Mən sizə Ukrayna istiqamətində vəziyyət və ilk növbədə, indi demək olar ki, hər gün aparılan danışıqların necə getdiyi barədə mütləq məlumat verəcəyəm. Müəyyən müsbət irəliləyişlər var, bizim tərəfimizdən danışıqlar aparan tərəflər mənə məlumat verdi. Bütün bunlar barədə sizə daha ətraflı məlumat verəcəyəm”, - Putin qeyd edib.