Dünya 15:00 12.09.2022

Putinə qarşı qiyam: Otuza yaxın deputat istefa tələb etdi – Bəyanat

Moskva və Sankt-Peterburqun 18 rayonundan olan bələdiyyə deputatları Rusiya prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanat imzalayıblar.

Qaynarinfo xəbər verir ki, sənədi imza toplayan Sankt-Peterburq bələdiyyəsinin "Semenovski"nin müavini Kseniya Torstrem dərc edib.

"Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident V. V. Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik!” - bəyanatda deyilir.

Sənədi 20-dən artıq deputat imzalayıb.

Bundan əvvəl Moskvanın "Lomonosovski" bələdiyyə dairəsinin deputatlar şurası Rusiya Federasiyası prezidentinin istefasını tələb etmişdi. Həmçinin, Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin deputatları Rusiya Federasiyası Dövlət Dumasını Vladimir Putini Ukraynadakı müharibəyə görə vəzifəsindən uzaqlaşdırmaq üçün ona qarşı dövlətə xəyanət ittihamı irəli sürməyə çağırıblar. Onlara qarşı rus ordusunun "diskreditasiyası” ilə bağlı protokollar tərtib ediblər.

Nizami Bağırov