Ermənistan hökumətinin Milli Assambleyaya göndərdiyi Roma Əsasnaməsi ölkənin qanunverici orqanının departamentləri tərəfindən araşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü "Joqovurd” qəzeti
yazıb.
Nəşrin məlumatına görə, hüquqi ekspertiza baxımından mübahisəli normalar müəyyən edilməyib, lakin layihəyə beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğu haqqında sertifikatın əlavə olunmadığı göstərilir.
Eyni zamanda qeyd edilir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsində Ermənistan qanunvericiliyində fərqli şəkildə ifadə olunan bir sıra termin və anlayışlar var . "Joqovurd” yazır ki, digər müayinələrin nəticələri ilə bağlı heç bir şərh verilməyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini parlamentə göndərdiyini və onun tam şəkildə ratifikasiya olunacağını bildirmişdi.
Yada salaq ki, Ermənistan BCM-ə qoşulma prosesinə təxminən 20 il bundan əvvəl başlayıb, lakin 2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o vaxt qüvvədə olan Konstitusiyaya zidd olduğunu elan edib. 44 günlük müharibədən sonra Ermənistan 2022-ci ilin sonunda yenidən Roma Statutunun ratifikasiyası prosesini bərpa edib. İrəvan qoşulma ərizəsində Roma Əsasnaməsinin 2021-ci il mayın 12-dən geriyə tətbiq edilməsini xahiş edir.
Alpər
Şərhlər