Xəbər lenti

Putinə qarşı sanksiyalar tətbiq edilə bilər
Dünya20:36 17.03.2016

Putinə qarşı sanksiyalar tətbiq edilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Parlamentinin rəhbəri Putinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü istisna etməyib.

APA-nın verdiyi xəbərə görə, bunu Brüsseldə Avropa Parlamentinin sədri Martin Şults bildirib.

Martin Şults Ukraynanın hazırladığı “Savçenko siyahısı”nın ona təqdim edildiyini təsdiqləyib.

“Bu siyahı mənə təqdim edilib. Müvafiq qurumlarımız və mən özüm də bu siyahını araşdıracağıq. Siz sualı belə qoydunuz: “Siyahıda yer alan bütün şəxslər persona non-qrata elan ediləcəkmi və siz özünüz prezident Putinin adını çəkmisinizmi? Mənim cavabım belədir: “Siyahıdakı şəxslərin hamısı persona non-qrata elan edilməyəcək. Ola bilər ki, bu bir nömrəli şəxsə (Rusiya prezidentinə) aid edilməsin”, - deyə Martin Şults ukraynalı jurnalistin müvafiq sualına cavabında bildirib.Qeyd edək ki, “Savçenko siyahısı” 40 nəfərdən çox şəxsi əhatə edir. İlkin məlumata görə, siyahıya Rusiya FTB rəhbəri Aleksandr Bortnikov, İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin, XİN rəhbərinin birinci müavini Vladimir Titov daxil edilib.

Qaynar.info