Xəbər lenti

“Putinə satılan” eks-kansler Şröderə qarşı sərt sanksiyalar gündəmə gəldi - Tagesspiegel
Dünya07:54 27.04.2022

“Putinə satılan” eks-kansler Şröderə qarşı sərt sanksiyalar gündəmə gəldi - Tagesspiegel

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xristian Demokrat İittifaqı (XDİ), Yaşıllar və Azad Demokratlar Partiyasından olan ayrı-ayrı siyasətçilər Almaniyanın keçmiş kansleri, SPD üzvü Gerhard Şröderin Rusiyaya qarşı mövqeyini dəyişməməsi və enerji şirkətləri ilə əməkdaşlığı davam etdirməsi səbəbindən ona qarşı tədbir görülməsinə çağırış edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tagesspiegel” məlumat yayıb.
FDP Rəyasət Heyətinin üzvü Moritz Kerner qeyd edib ki, keçmiş kansler artıq Vladimir Putinin yaxın çevrəsindən olan şəxslərin sanksiya siyahısında yer almağa layiqdir və çox güman ki, "Almaniyanın daxili siyasətinin zirvəsinin nümayəndəsi deyil, Kremlin nümayəndəsidir”.
Oxşar fikri XDİ-nin üzvü Roderix Kizevetter də səsləndirib. "Şröderin hələ də Putin və Rusiyadan uzaqlaşmaması onun Kremlin xidmətində nə qədər "möhkəm” dayandığını sübut edir... Ona görə də Putinin bütün ətrafına qarşı sanksiyalardan danışmağa dəyər. Şröder də daxil olmaqla", - o hesab edir.
Yaşıllar Partiyasından olan deputat Reinhard Butikofer də sonradan "Putinə satılan” Şröderə və digər keçmiş Avropa rəsmilərinə qarşı sanksiyaları nəzərdən keçirməyə çağırıb. Onun fikrincə, Şröder kanslerliklə bağlı rəsmi atributlardan məhrum edilməli və SPD sıralarından kənarlaşdırılmalıdır.
SPD üzvü Maykl Rot keçmiş kanslerə qarşı Avropa sanksiyalarını istisna etməyib. O, Almaniyanın Rusiya lobbiçisinə çevrilmiş keçmiş liderə qarşı mümkün sanksiyaları ciddi müzakirə etməsindən təəssüfləndiyini bildirib. "Aİ bu müharibədə kimin hansısa formada məsuliyyət daşıdığını, kimin buna haqq qazandırıb müdafiə etdiyini və ya miqyasını azaltdığını yoxlamalıdır. Ona görə də Aİ bununla bağlı nəsə qərar verməli olacaq", - o deyib.
Xatırladaq ki, ötən gün SPD-nin həmsədri Saskia Esken demişdi ki, Şröder 60 ilə yaxındır üzvü olduğu partiya sıralarını özü tərk etməlidir. SPD rəhbərliyi keçmiş kanslerdən çoxdan uzaqlaşıb. Esken və Lars Klinqbeyl fevralın sonunda onu Rusiya şirkətlərindəki mövqelərini tərk etməyə çağırıblar. Bu məktuba heç bir cavab gəlməyib.
Bu yaxınlarda New York Times qəzetinə verdiyi uzun müsahibədə Şröder Ukraynadakı müharibəyə baxmayaraq, Rusiya ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini müdafiə edib. O, həmçinin Putinin Buçadakı hərbi cinayətlərdə şəxsi iştirakına inanmadığını, həmçinin "Putin özü də müharibəni tez bir zamanda bitirməkdə maraqlıdır, lakin bu, o qədər də asan deyil”, - deyib.
Şröder 2017-ci ildən "Rosneft”in direktorlar şurasının üzvü və sədridir. O, sonuncu dəfə 2021-ci il iyunun əvvəlində yenidən sədr seçilib. O, həm də "Şimal axını 2” qaz kəməri layihəsinin operatoru olan "Şimal Axını 2 AG” şirkətinin səhmdarlar komitəsinin rəhbəridir. 2022-ci il fevralın əvvəlində Şröder "Qazprom"un direktorlar şurasına namizəd göstərilib.
Martın əvvəlində keçmiş kanslerin Rusiyaya və Ukraynadakı müharibəyə münasibətdə tutduğu vəzifəyə görə bir neçə işçi onun ofisini tərk edib.
Alpər