Xəbər lenti

Putini güldürən hadisə - General pərt oldu
Dünya17:30 12.05.2016

Putini güldürən hadisə - General pərt oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Soçidə prezident Vladimir Putinin iştirakı ilə Rusiya Silahlı Qüvvələrinin yeni hərbi texnikasının nümayişi keçirilib.
Putin “Vaz Patriot” avtomobilinin salonuna baxış keçirmək istəyib. Bu zaman Müdafiə Nazirliyinin Tank-Avtomatlaşdırma İdarəsinin rəisi, general Aleksandr Şevçenko prezident üçün maşının qapısını açmaq istəyib. Lakin o, ilk cəhddən qapını aça bilməyib. Buna görə də qapının dəstəyindən bərk yapışıb, elə o anda da dəstək qırılaraq əlində qalıb.
Putin isə “Halal olsun” deyərək gülüb.
Daha sonra mütəxəssislər bildiriblər ki, avtomobil avtomatik olaraq bağlanıb. Onu sadəcə blokdan çıxarmaq lazım imiş. (qafqazinfo)
Qaynarinfo.az