Xəbər lenti

Putinin bu qərarı hakimiyyətini qorumağa hesablanıb… (ŞƏRH)
Dünya14:41 29.12.2020

Putinin bu qərarı hakimiyyətini qorumağa hesablanıb… (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə ikili vətəndaşlıq və xaricdə bank hesabı açmağı qadağan edib.
Belə ki, Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının əsasnaməsini və Təhlükəsizlik Şurasının Aparatı haqqında əsasnaməni dəyişməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Təhlükəsizlik Şurası sədrinin müavini, onun katibi və Təhlükəsizlik Şurasının üzvləri (o cümlədən daimi) xarici dövlətin vətəndaşlığı (təbəəliyi) və ya yaşayış icazəsi və ya Rusiya Federasiyası vətəndaşının xarici dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənədi olmayan rusiyalılar ola bilərlər.
Həmçinin sədr müavini, katib və Təhlükəsizlik Şurasının üzvlərinə (o cümlədən daimi) xarici banklarda hesab açmaq, nağd pul və digər qiymətlilər saxlamaq qadağandır.
Politoloq Xaqani Cəfərli Putinin son qərarını Qaynarinfo üçün şərh edərkən bildirib ki, Rusiyanın hakim elitasında gərginliklər var: 
"Ona görə də Putin hakimiyyət daxilində parçalanmalardan ehtiyat edir. Son qərarlar iqtidarın daha monolitləşməsi, xarici təzyiq qarşısında zəif yerlərin olmamasına hesablanıb”. 
Qeyd edək ki, ABŞ-ın gələnilki dövlət büdcəsində Rusiyaya bağlı olan oliqarxların sərvətinin mənbəyinin araşdırılması üçün Mərkəzi Kəşfiyyat İdarəsi qarşısında konkret tələblər qoyulub. Bu araşdırma sonunda Kremlin təsirində olan oliqarxlara sanksiyaların qoyulacağı gözlənilir. Müşahidəçilər bu baxımdan Putinin son qərarını ABŞ-a cavab kimi də qiymətləndirirlər. 
Xaqani Cəfərli isə bunu istisna edir. Onun sözlərinə görə, Putin Amerika qarşısında hansı potensiala sahib olduğunun dəqiq fərqindədir: 
"Rusiyanın ABŞ-a qarşı cavab tədbiri görmək imkanı demək olar ki, yoxdur. Məlum qərar da hakimiyyətini qorumağa hesablanıb…”
Orxan Əhmədli