Xəbər lenti

Putinin eks təhlükəsizlik əməkdaşı: O, Ukraynada blitskriq baş tutmayandan sonra xəstəxanaya yerləşdirilib
Dünya11:53 04.04.2023

Putinin eks təhlükəsizlik əməkdaşı: O, Ukraynada blitskriq baş tutmayandan sonra xəstəxanaya yerləşdirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident Vladimir Putin 2022-ci ilin aprelində, Ukrayna müharibədə təslim olmaqdan imtina etdikdən və Rusiya ordusu qoşunlarını Kiyevdən çıxarmağa məcbur olduqdan sonra Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federal mühafizə xidmətinin (FSO) qaçaq kapitanı Qleb Karakulovun "Dosye” mərkəzinə verdiyi müsahibədən məlum olub.
2009-cu ildən Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin mühəndisi olan zabitin sözlərinə görə, Putinin yaşla bağlı narahatlıqlarından başqa heç bir xüsusi sağlamlıq problemi olmayıb. Bundan əlavə, prezident sağlamlığına diqqət edir və mütəmadi olaraq tibbi müayinədən keçir, onunla işləyən hər kəs karantində olur və "gündə bir neçə dəfə” PCR testlərindən keçir.
"Putin hər il tibbi müayinədən keçir. <...> Adətən biz əvvəlcədən bilirik ki, Mərkəzi Klinik Xəstəxanasında rabitə yaratmaq lazımdır. Birdən bu, gözlənilməz oldu və adi vaxtda deyildi. Adətən bu tibbi müayinə yazın sonunda və ya payızın əvvəlində olur. Bu dəfə apreldə oldu. Mən 2022-ci ildə mayın 9-da "təmiz” olmalı idim. Şərti olaraq sabah karantinə getməliydim və bu gün mənə deyirlər ki, "Təcili, heç yerə getmirsən, <…> indi Mərkəzi Klinik Xəstəxanaya gedəcəksən”, - Karakulov bildirib.
Maraqlıdır ki, təxminən eyni vaxtda Rusiyanın əsas senzura agentliyi olan Roskomnadzor prezidentin sağlamlığına həsr olunmuş nəşrlər haqqında məlumat toplamağa başlayıb.
Eyni zamanda, Karakulov Putinin ölümcül xəstəliyi ilə bağlı şayiələri təsdiqləməyib və qeyd edib ki, onun bildiyinə görə, Rusiya prezidentinin səhhəti ilə bağlı "o qədər də fövqəlkritik heç nə yoxdur”, lakin dövlət başçısının bununla bağlı ciddi qorxuları var.
Həmçinin zabitin sözlərinə görə, Putin həyatına görə qorxur. Məsələn, oktyabr ayında Qazaxıstanda sammitə səfər edərkən o, xüsusi rabitənin əvvəllər olduğu kimi səfirliyin binasında olan kabinetə və ya iclas otağında deyil, bomba sığınacağında quraşdırılmasını tələb etdi. Karakulov belə tədbirləri "paranoya” kimi izah edir.
Putinin fiziki yox, psixi sağlamlığı ilə bağlı problemlərin olması onu hər işgüzar səfərində özü ilə danışıqlar üçün kabinə - 2,5 metr hündürlüyündə bir kub götürməsi, oradan təhlükəsiz telefon danışıqları aparması ilə göstərir.
Karakulovun sözlərinə görə, bundan əlavə, televiziya yayımından Putinin hazırda harada olduğunu anlamaq mümkün olmasın deyə onun bütün iqamətgahlarındakı kabinetlər eynidir. Zabitin dediyi kimi, Putin "xarici kəşfiyyatı çaşdırmaq üçün” kameralar önündə Soçidən boş təyyarə göndərərək şəhərlər arasında hərəkət edirmiş kimi davranır, özü isə "Boçarov ruçey” iqamətgahında qalır.
Yazda Qərb mətbuatında Putinin səhhətində yaranan problemlər haqqında yazılar kütləvi şəkildə dərc olundu. Britaniyanın "Daily Mirror" tabloidi FSB mənbəsinə istinadən yazıb ki, prezident "sürətlə irəliləyən xərçəng xəstəliyinin ağır formasına malikdir": o, görmə qabiliyyətini itirir, baş ağrılarından əziyyət çəkir və əlləri titrəyir. "New Lines Magazine”nin adı açıqlanmayan rus oliqarxa istinadən verdiyi məqalədə də Rusiya dövlət başçısının "qan xərçəngindən ağır xəstə olduğu” iddia edilib.
Aprelin sonunda The Sun Putinin gözlənilən əməliyyatı haqqında məlumat verib; onun olmadığı müddətdə ölkəyə rəhbərlik FSB-nin keçmiş direktoru, hazırda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə həvalə edilmişdi.
Həmin vaxt fotoşəkillərdə Putinin üzü şiş görünürdü. Media onun müdafiə naziri Sergey Şoyqu ilə görüşdə qeyri-təbii duruşu və masadan necə yapışmasına da diqqət çəkib. Kreml Putinin xəstəliyi ilə bağlı məlumatları təkzib edib.
Aprel ayında "Proyekt”ə məlum olub ki, prezidenti müntəzəm olaraq 10-a yaxın həkim, o cümlədən qalxanabənzər vəzin xərçəngi üzrə mütəxəssisləri müşayiət edir. Həkimlər qrupunun daimi üzvləri arasında reanimatoloq Dmitri Verbovoy, otolarinqoloqlar Aleksey Şçeqlov və İqor Esakov, cərrah Yevgeni Selivanov da var. Araşdırmaçılar onu da bildiriblər ki, Putin qeyri-ənənəvi müalicə üsullarına əl atıb, xüsusən də Şoyqunun tövsiyəsi ilə maral buynuzlarının qanından vanna qəbul edib.
Nizami Bağırov