Putinin Ukrayna ilə müharibəyə başlamasında kim günahkardır? Dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzədirmi? "Cəhənnəm” sanksiyaları Kremli dayandıracaqmı?
Qaynarinfo xəbər verir ki, Azadlıq Radiosunun rus bölməsi bu suallar ətrafında Rusiyanın 1990-1996-cı illərdə xarici işlər naziri vəzifəsində çalışmış Andrey Kozırevlə genişı müsahibə dərc edib.
Müsahibədə suallardan sonuncusu belədir:
"Bir vaxtlar generallarla, hərbçilərlə ünsiyyətdə olmuş şəxs kimi deyə bilərsinizmi ki, "nüvə düyməsi”nə uzanan bir əli onlar tutub saxlaya bilərmi?
Keçmiş nazirin cavabı belə olub:
"Edə bilərlər və etməlidirlər də. Bu, düşünüldüyü kimi sadə məsələ deyil, bu, tualetdə basılacaq hansısa düymə deyil - bu, mürəkkəb bir sistemdir. Əlbəttə ki, orada ikiqat açar elementi var.
Nüvə təhlükəsi zamanı mənzilimdə böyük telefon var idi. Hətta bu qərarda təkcə prezident yox, hansısa formada xarici işlər naziri də iştirak etməli idi. Bunun üçün harada olsam da, real nüvə təhlükəsi zamanı xüsusi əlaqə olurdu. Hələ mən müdafiə nazirini, Baş Qərargah rəisini və s.-ni demirəm. Təbii ki, belə bir şey mümkündür.
Amerikada bu yaxınlarda kifayət qədər qeyri-sabit Tramp prezident idi, o, xalq tərəfindən seçilmişdi, mən bu mənada paralellər aparmıram, görürsən, demokratiya bəzən belə iflasa uğrayır, belə səhvlərə yol verir. Amma demokratiyanın gücü ondadır ki, növbəti seçkilərdə bunu düzəldə bilərlər, bu da oldu, ümid edirəm ki, bir daha olmayacaq.
Təbii ki, növbəti seçkidə uduzandan, başqası qalib gələndən sonra onun destabilləşdiyi vaxto, bunu etiraf etmək istəmədi, az qala üsyan qaldırmağa çalışdı, hətta müəyyən dərəcədə üsyan etdi də. Onda Amerika Baş Qərargah rəisi Çinin Baş Qərargah rəisinə zəng etdi, çünki Tramp Çinlə qarşıdurmaya tamamilə əsir düşmüşdü və çinli rəisə dedi ki, siz narahat olmayın, nüvə zərbəsi olmayacaq. Ona dedilər: necə oldu ki, öz prezidentinə qarşı çıxırsan? O dedi: yox, gözləyin, prezident dedi ki, o bütün dünyada sülhün tərəfdarıdır.
Düşünürəm ki, bu məqamda da Putinin sülh tərəfdarı, Rusiya tərəfdarı olduğuyla bağlı onlarla sitat tapmaq olar, yəni nüvə müharibəsi olmamalıdır. Düşünürəm ki, hərbçilərimiz də sülh tərəfdarıdırsa, bir şey düşünməlidirlər. Onlar yalnız vətənlərini düşünürlərsə, öz ölkələrini xilas etmək istəyirlərsə, onda bu nüvə düyməsini bir kənara yığışdırmaq lazımdır. Çünki bu nüvə düyməsi Dmitri Kiselyovun dediyi kimi Qərbin məhvi deyil, əksinə Rusiyanın məhvidir, raketlərin 40 dəqiqəlik uçuş vaxtını düşünmək lazımdır...”
Alpər
<iframe width="650" height="366" src="https://www.youtube.com/embed/G_UumnirDYE" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">