Xəbər lenti

Putinin iqamətgahlarına aparan zirehli qatar, gizli dəmir yolları, stansiyalar üzə çıxdı
Dünya13:21 14.02.2023

Putinin iqamətgahlarına aparan zirehli qatar, gizli dəmir yolları, stansiyalar üzə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putinin səfərləri üçün onun iqamətgahlarına gedən dəmiryolları və stansiyalar şəbəkəsi tikilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "Proekt” nəşri yazır.
Jurnalistlər Putinin Valday, Novo-Oqaryovo və Soçidəki iqamətgahlarının yaxınlığında üç belə stansiya müəyyən edə biliblər.
Valday Milli Parkının Dolqiye Borodı kəndi yaxınlığında helikopter meydançası olan dəmiryol stansiyası 2022-ci ilin payızında aşkar edilib. Yerli sakinlər bildirirlər ki, stansiya və xüsusi dəmir yolu xətti yalnız Putinin ehtiyacları üçün tikilib. Ətrafı hasarla əhatə olunub, bütün ərazi mühafizə altındadır.
Eyni zamanda, dəmiryolunun keçmiş əməkdaşı bildirib ki, ancaq Putinin hərəkət etdiyi hissələr təmir olunur.
"Əvvəllər Valdayda dəmir yolu dəhşətli vəziyyətdə idi, orada 15-25 km/saatdan çox sürətlə hərəkət etmək mümkün deyildi. Valdaydakı iqamətgah üçün dəmir yolunu hazırlamağa başlayanda Putinin qatarının keçməli olduğu mövcud relslərin bir hissəsi təmir edildi və onun hərəkət etmədiyi hissələr təmir olunmadı", - nəşrin hömsöhbəti deyir.
Moskva vilayətinin Novo-Oqaryovo şəhərində oxşar stansiya 2015-ci ildə Putinin iqamətgahından 400 metr aralıda peyda olub. O, həmçinin hündür hasarın arxasında gizlənir, hər on metrdən bir nəzarət kameraları quraşdırılıb.
Rusiya prezidentinin Soçidəki Boçarov ruçey iqamətgahında 2017-ci ildə platforma və dalana dirənən dəmir yolu xətti peyda olub.
Nəşr Putinin hərəkət etdiyi zirehli qatar haqqında da təfərrüatlar öyrənib.
Keçmiş maşinistin sözlərinə görə, nəqliyyat Moskva-Kalançevskaya stansiyasında VIP-lər üçün qapalı stansiyanın olduğu depoda yerləşir. 2017-ci ildə kortej üçün birbaşa bu stansiyanın platformasına yeni yol çəkilib.
Daha əvvəl bildirilirdi ki, Putin qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra getdikcə uzun məsafələrə səfərlər üçün dəyəri təxminən 1 milyard rus rublu olan zirehli qatardan istifadə edir. Rusiya prezidenti zirehli qatara 2021-ci ilin payızından, Rusiya genişmiqyaslı müharibənin başlamasına fəal hazırlaşdığı vaxtdan istifadə edir.
Güman edilir ki, Putin təhlükəsizlik baxımından belə bir həll yoluna müraciət edə bilər. Qatarı izləmək təyyarədən daha çətindir, çünki real vaxt rejimində sərnişin qatarlarını izləmək üçün heç bir xidmət yoxdur.
Nizami Bağırov