Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə "Yol xəritəsi” üzərində iş bitdikdən sonra görüş keçirə bilərlər.
Qaynarinfo "Al Arabiya”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi "hər ay inkişaf edir” və bu müddətdə "yol xəritəsinin aktivləşdirilməsi üçün aktiv və intensiv iş aparılır”.
Lavrentiyev qeyd edib ki, müvafiq işlər başa çatdıqdan sonra Putinin iştirakı ilə Ərdoğan və Əsəd arasında görüş təşkil etmək üçün nəticələr barədə prezidentlərə məlumat veriləcək.
Aydın
Şərhlər