Xəbər lenti

Putinin köməkçisindən Donbasla bağlı qıcıqlandırıcı açıqlama
Dünya15:50 16.12.2019

Putinin köməkçisindən Donbasla bağlı qıcıqlandırıcı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının Ukraynadakı xüsusi nümayəndəsi, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov Moskvada Donbass könüllüləri ilə görüşdə heç kimin Donbas və Luqansk "xalq respublikalarını” birləşdirməyə getmədiyini söyləyib.
Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda tədbirdə iştirak edən Donbass milislərindən biri məlumat verib. Onun sözlərinə görə, Surkovun dediklərindən belə çıxır ki, "Donbasın yenidən inteqrasiyası" olmayacaq.
Görüşdə Donbass könüllüləri ilə yanaşı, münaqişə veteranları da iştirak edib. Tədbiri qondarma "Donetsk Xalq Respublikası”nın "baş naziri” və "Donbass Könüllüləri Birliyi”nin sədri Aleksandr Borodoy təşkil edib. Məlumata görə, Surkov çıxışında Ukraynanın cənub-şərqində vəziyyətin pisləşəcəyi təqdirdə, "Rusiya könüllü hərəkatı"nın da iştirak edəcəyini söyləyib. O, həmçinin bildirib ki, Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin komandası ilə sələfi Petro Poroşenkonun komandası arasında heç bir fərq yoxdur. Beləliklə, o, Norman dördlüyünün dekabrın 9-da Parisdə keçirilən görüşünün nəticlərini şərh edib.
Anna-News yazır ki, Surkovla görüşü şərh edən Borodoy da Donbasın heç vaxt Ukraynaya qaytarılmayacağı barədə fikirlərini bölüşüb. O, hər hansı bir diplomatik qəbulda, iclas otağında, dəhlizdə deyilənlərdən asılı olmayaraq, Donbasda sarı rəngli bir Ukrayna bayrağının dalğalanmasının mümkünsüz olduğunu bildirib. Borodoy həmçinin ölkənin cənub-şərqində döyüşlərin yenidən başlayacağına inandığını ifadə edib.
Camal