Xəbər lenti

Putinin “KQB”dəki rəisi güllələndi – MÜƏMMA
Dünya14:29 31.03.2014

Putinin “KQB”dəki rəisi güllələndi – MÜƏMMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinin keçmiş rəisi, “KQB” general-leytenantı Leonid Şebarşin dünən yaşadığı evində güllələnib.

 “Axar.az” Rusiya mediasına istinadən məlumat verir ki,  Şebarşin 1989-1991-ci illərdə SSRİ–nin xarici kəşfiyyatına cavabdeh olan Birinci Baş İdarənin rəisi vəzifəsində işləyib.

 Bəzi rus mənbələrində bildirilib ki, 2000-ci illərin əvvəlində Qərb mediasında Putinin 1999-ci illərdə Almaniyanın xarici kəşfiyyat orqanlarına və Mərkəzi Kəşfiyyat İdarəsinə işləməsi barədə xəbərlər yayıldı. Ekspertlər bununla da Putinin əcnəbi xəfiyyəyə “verbovka” olunması iddiaları bir qədər də möhkəmlənmiş oldu. 

Qeyd edək ki, Putinin adının bu hadisələrdə hallanması və məsələnin dəqiqliyi Sankt Peterburq şəhərində işıq üzü görən “Naşe Oteçestvo” qəzetində geniş çap olunmuşdu.

Maraqlıdır ki, sözügedən qəzetin baş redaktoru, Sovet Ordusunun ehtiyatda olan zabiti Yevgeni Şekatkinin FTX-nin uzun-uzadı sorğusundan bir müddət sonra - 2003-cü ildə qəfil “ürək  tutmasından” ölüm  xəbəri yayıldı. Dostları bildirmişdi ki, Şekatkinin heç vaxt ürəklə bağlı problemi olmayıb.

Leonid Şebarşinin dünən güllələnmiş vəziyyətdə tapılması isə bu məqamların yenidən gündəmə gəlməsinə səbəb olub.

Qaynar.info