Aleksandr Abramov Soçi Olimpiadasına görə, vəzifəsini itirdiyi bildirilir
Rusiya prezidenti Vladimir Putinin idman üzrə müşaviri Aleksandr Abramov işdən çıxarılıb. ANS PRESS-in verdiyi xəbərə görə, müşavirin vəzifəsini itirməsini Soçi Olimpiadası ilə əlaqələndirirlər.
Kremlin rəsmi saytı faktı təsdiqləyib. Prezidentin mətbuat katibi Dmitri Peskov isə “Business FM” radiosuna bildirib ki, müşavir öz ərizəsi ilə işdən çıxıb.
Xatırladaq ki, Aleksandr Abramov bu vəzifəyə 2012-ci il may ayının 23-də təyin edilmişdi. Bundan öncə isə o, Rusiya prezidentinin köməkçisi vəzifəsini daşıyıb.