
Vladimir Putin tərəfindən azadlığa buraxıldıqdan sonra Çinə qaçmış pələng Kuzyanı tapmaq üçün onlarla videokamera cəlb edilib.
Ans press-in məlumatına görə, Kuzyanın ac qalmaması üçün Çin tərəfi meşəyə bir neçə inək buraxacaq. Pələngin oktyabrın 5-də Amurdan keçərək Çinə keçdiyin müşahidə ediblər.
Rusiya tərəfi Amur pələnglərini peyk vasitəsi ilə izləyir. Çin tərəfi də adı Qırmızı Kitaba düşmüş bu heyvan növünü ciddi qoruyur. Rusiyanın Primorsk və Xabarovsk diyarlarında hazırda 500 Amur pələngi yaşayır.
Qaynar.info

