Xəbər lenti

Putinin Qarabağda peyda olan casus sevgilisi danışdı
Dünya06:01 30.08.2013

Putinin Qarabağda peyda olan casus sevgilisi danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Anna Çapman: “Ən yaxşı dostlarım ermənilərdir...”

Azərbaycan qanunlarını kobud şəkildə tapdamaqla işğal altındakı Dağlıq Qarabağa səfər edən rusiyalı çağırılmamış qonaqlardan biri - Anna Çapman danışıb. Rus kəşfiyyatının “Qırmızı agenti” təxəllüsü daşıyan və prezident Putinin gizli sevgililərindən olduğu deyilən, hazırda “Ren-TV” kanalında “Dünyanın sirləri” proqramında aparıcılıq edən Çapman erməni saytına açıqlamasında ən yaxşı dostlarının ermənilər olduğunu söyləyib.

Erməni şərabının təsirindən Çapman öncə qonşu milləti, onun ailə institutunu (? - red.) xeyli tərifləyib. Ona təbii ki, uydurma “erməni soyqırımı” ilə bağlı da sual verilib. Casus-telejurnalist deyib: “Əlbəttə ki, mən genosid haqda bilirəm. Biz bu mövzuda həmişə danışırıq. Ancaq kiminsə günahkar olması haqda möhtəkirlik eləmək istəmirəm... Mən gələcəyə baxmağın tərəfdarıyam. Gəlin, hamımız bir yerdə mehriban yaşayaq və bir-birimizə sayğılı olaq. Fikrimcə, geriyə diqqətlə baxmağın mənası yoxdur. Ermənilərə ünvanlı heç bir öyüd-nəsihətim yoxdur. Ermənilər necə var, elə də qalmalıdırlar. Əksinə, mən ermənilərdən öyrənirəm...”

Ermənilərdən isə ilk növbədə peşəkar yalançılığı və saxtakarlığı öyrənmək olar. Bunu da yəqin ki, Çapman artıq əxz edib. Axı, özünün dediyi kimi, onun ən yaxşı dostları ermənilərdir... // musavat.com

Qaynar.info