Xəbər lenti

Putinin qırmızı xətləri artır: Bundan sonra hadisələr necə inkişaf edəcək?
Dünya09:11 28.08.2024

Putinin qırmızı xətləri artır: Bundan sonra hadisələr necə inkişaf edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vladimir Zelenski jurnalistlərlə son görüşündə "Rusiyanı müharibəni diplomatik yollarla bitirməyə məcbur etmək” zərurətindən danışıb.
Qaynarinfo xəbər verir ki, bu sözlər yazıçı-publisist Vitali Portnikovun köşə yazısında yer alır.
Portnikov daha sonra yazır:
Bu düsturun özü son vaxtlar Vladimir Putin və Dmitri Medvedevin işlətdiyi terminləri xatırladır. 2008-ci ildə Rusiyanın baş naziri və prezidenti qonşu Gürcüstanda "sülhün təmin olunmasından” danışdı və Rusiyanın bu ölkəyə təcavüzünü əsaslandırdı. Paradoksal olsa da, bu termin heç vaxt Ukraynaya münasibətdə - nə Krımın işğalı və ilhaqı zamanı, nə Donbasda elan olunmamış müharibə illərində, nə də Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan sonra istifadə olunub. Və bunun səbəbi aydındır. Rusiya Ukraynanı sülhə məcbur etmək istəmir. O, Ukraynanı təslim olmağa və yox olmağa məcbur etmək istəyir.
Ancaq əminəm ki, Ukraynaya Rusiyadan fərqli olaraq bir şey lazımdır - sülh. Ukrayna Rusiyadan fərqli olaraq qonşu dövləti məhv etmək və onun ərazilərini ilhaq etmək fikrində deyil. Ukrayna üçün vacib olan müharibənin başa çatması, suverenliyin və ərazi bütövlüyünün bərpasıdır. Rusiyanı sülhə məcbur etmək isə, ilk növbədə, Rusiya rəhbərliyinin Ukrayna ərazisində növbəti hərbi əməliyyatlardan imtina etməsi və Ukrayna infrastrukturunun sistematik şəkildə məhv edilməsidir.
Dünən təhlükəli eskalasiya kimi görünənlər bu gün real hadisələrə çevrilir.
Digər sual ondan ibarətdir ki, Rusiya və Ukraynada sülhü təmin etmək üçün rıçaqlar fərqlidir. Rusiya, gördüyümüz kimi, kobud gücün köməyi ilə hərəkət edə bilər və onun hərəkətlərinin sivil dünyada hansı rezonans doğura biləcəyini düşünməyə bilməz. Ukrayna öz müttəfiqləri ilə hesablaşmalı və silahlarının Rusiyanın suveren ərazisində istifadəsi ilə bağlı onlarla danışıqlar aparmalıdır. Və buna baxmayaraq, son vaxtlar Rusiya rəhbərliyini sülh haqqında deyilsə də, atəşkəs haqqında düşünməyə məcbur edə biləcək tendensiyalar yaranıb.
Və bu tendensiyalardan biri də hərbi əməliyyatların Rusiya Federasiyası ərazisinə köçürülməsi və bu ərazidə Qərb silahlarından istifadənin mümkünlüyüdür. Qərb liderləri anlamağa başlayırlar ki, "qırmızı xətləri” özləri tərpətməsələr, bunu yalnız Vladimir Putinin edəcək. Onlar görürlər ki, Rusiya prezidenti heç də sağlam düşüncə mövqeyindən çıxış etməyə çalışmır, o, başa düşməyə hazır deyil ki: onun Ukraynanın işğalı və ilhaqı ilə bağlı planları gerçəkləcək şeylər deyil.
Putin hələ də əmindir ki, zaman və müharibə Ukraynanı tükəndirəcək – bu qarşıdurmada Rusiyanın əsas müttəfiqləri və Qərb gec-tez "yeni reallıqlarla” barışmalı olacaq. Putini sağlam düşüncəyə çağırmaq üçün isə "qırmızı xətləri” daha da irəli aparmaq qalır ki, dünən təhlükəli eskalasiya kimi görünən bu gün artıq cəbhədə və dünya siyasətində real hadisələrə çevrilsin.
Əminəm ki, hadisələrin gələcək aylarda və illərdə inkişaf edəcəyi trayektoriya budur. Bu, sülhün mühafizəsi siyasətidir.
Alpər