Rusiyanın Xovanski qəbiristanlığında aparılan əməliyyatla bağlı rəsmi açıqlama verilib.
Axar.az xəbər verir ki, Rusiya Federasiyası Məsləhətlər Şurası miqrantlara qarşı keçirilmiş xüsusi əməliyyatdan sonra Tacikistan və Özbəkistana viza rejiminin tətbiqini dəstəklədiklərini bəyan ediblər.
Qeyd edək ki, Moskvanın Xovanski qəbiristanlığında bir neçə etnik cinayətkar qruplaşmanın iştirakı ilə baş verən kütləvi davanın 100-dən çox iştirakçısı saxlanılıb. Qarşıdurmanın lokallaşdırılması üçün keçirilən əməliyyata Moskva Xüsusi Təyinatlı Milis Dəstəsinin komandiri general Dmitri Dayniçenko rəhbərlik edib. Beləliklə, “qəbiristanlıq əməliyyatı” Rusiyanın Milli Qvardiya güclərinin yaranmasından sonra cəlb edildiyi ilk xüsusi əməliyyat olub.
Toqquşmalarda 500-ə qədər insan iştirak edib. “RİA-Novosti” agentliyinə paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, qarşıdurma nəticəsində bir neçə insan həlak olub. “Davanın gedişatında odlu silah tətbiq edilib. Buna görə də bir neçə nəfər həlak olub, ağır yaralıları var. Təcili tibbi yardım onları ərazidən çıxarır".
Qaynarinfo.az