Xəbər lenti

Putinin şəxsi kabinetindəki portretin sirri nədir?
Dünya14:05 23.06.2020

Putinin şəxsi kabinetindəki portretin sirri nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putinin "Rossiya 1" telekanalına müsahibəsi zamanı kabinetindəki divana sərilən portreti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, 3 ildir divanın üstünə sərilmiş portretə Kreml sözçüsü Dmitri Peskov aydınlıq gətirib. O, sözügedən portretin Rusiya Prezidentinə Yaponiya səfəri zamanı hədiyyə edildiyini deyib, 3 ildir divanın üstünə sərilməsini isə Putinin belə istəməsi ilə əlaqələndirib. Bildirib ki, Rusiya prezidenti portret üçün ən yaxşı yerin ora olduğunu düşünür.
Qeyd edək ki, portret 2017-ci ildə məşhur rejissor Oliver Stonun Putin haqda çəkdiyi sənədli filmdə də elə həmin yerdə görüntülənmişdi.
Camal