Xəbər lenti

Putinin taxıl sazişindən çıxmaq qərarı Çin və Türkiyə ilə gərginliyə səbəb ola bilər
Dünya13:26 28.07.2023

Putinin taxıl sazişindən çıxmaq qərarı Çin və Türkiyə ilə gərginliyə səbəb ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl sazişinin bərpası üçün danışıqlara dair tələblərinə məhəl qoymayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” diplomatlara və analitiklərə istinadən yazır. 
Qəzetin həmsöhbətləri hesab edirlər ki, Ərdoğan Ukrayna və Qərb ölkələri ilə yaxınlaşma istiqamətində atdığı addımlarla Putini qəzəbləndirmi. ola bilər.
Diplomatlar qəzetə bildiriblər ki, Ərdoğan sövdələşmə barədə Putinlə danışmaq niyyətini dəfələrlə ictimaiyyətə açıqlamasına baxmayaraq, telefon danışığı hələ də baş tutmayıb. Onlar qeyd ediblər ki, Türkiyə rəsmiləri Kremldə başqa kanallar vasitəsilə danışıqlara təkan verməkdə davam edir.
Müsahibə edilən diplomatların və analitiklərin fikrincə, Ərdoğan Azovstal komandirlərini Ukraynaya qaytardıqda və İsveçin NATO-ya üzv olmasına razılıq verdikdə Putini qəzəbləndirmiş ola bilər. Türkiyənin Moskvadakı səfirliyində işləyən keçmiş diplomat Gülru Gəzər Putinin telefon zənglərinə cavab verməməsini qeyri-adi hal kimi qiymətləndirib. "Putinin Ərdoğana əvvəlki qədər güvəndiyini düşünmürəm”, - keçmiş səfirlik işçisi qeyd edib.
WSJ yazır ki, Rusiyanın sazişdən çıxması Ukrayna taxılının təxminən dörddə birinin göndərildiyi Çinlə münasibətlərə də təsir edə bilər. "Çin Qara dəniz təşəbbüsünün davam etdirilməsini istədiyini açıq şəkildə nümayiş etdirir", -  Strateji və beynəlxalq araşdırmalar mərkəzinin qida və su təhlükəsizliyi üzrə eksperti Keytlin Uelş bildirib. Reuters-in məlumatına görə, iyulun 20-də Ukraynanın iqtisadiyyat nazirinin müavini Çinin ticarət nazirinin müavini ilə, o cümlədən taxıl ixracını müzakirə edib. Bir neçə gün sonra, iyunun 26-da Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan taxıl sazişinin dünya ərzaq təhlükəsizliyi üçün əhəmiyyətindən danışıb.
Qəzet yazır ki, Vladimir Putinin Moskvanı taxıl sazişindən çıxarmaq qərarı Rusiya ilə onun ən güclü tərəfdaşları olan Çin və Türkiyə arasında diplomatik gərginliyin artmasına səbəb ola bilər.
Nizami Bağırov