Xəbər lenti

Putinin təbliğatçısının qızı CNN-də çıxış etdi, müharibəyə qarşı çıxdı (VİDEO)
Dünya16:20 22.03.2022

Putinin təbliğatçısının qızı CNN-də çıxış etdi, müharibəyə qarşı çıxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 18-də Moskvada Putinə və Ukraynadakı müharibəyə dəstək məqsədilə keçirilən mitinq-konsertin "xedlayn”larından biri də rusiyalı aktyor və rejissor Vladimir Maşkov olub. O, nitqlə çıxış edərək, əmin edib ki, "rus xalqı” öz ölkəsini sevir, nasizmsiz bir dünya, öz ordusu, qələbəsi və təbii ki, 12 min dollarlıq gödəkcə geyinən prezidentini dəstəkləyir.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı tabloid.prabda.com.ua-nın məlumatında deyilir.
Deyəsən, Vladimirin əhval-ruhiyyəsini indi yeganə qızı Maşa bir az da korlayıb. ABŞ-da yarı ukraynalı əri və iki qızı ilə yaşayan 36 yaşlı aktrisa CNN-ə danışıb.
Mariya Vladimirovna Maşkova müharibə və rus təbliğatı ilə bağlı mövqeyini bildirib. O, atasını və nənəsini çox sevdiyini etiraf edib, amma bundan sonra çətin ki, Rusiyaya qayıda biləcəyini deyib.
"İndi baş verənləri təsəvvür etmək, təxmin etmək mümkün deyildi. Rusiyalıların çoxunun, atam da daxil olmaqla zorakılığa hansısa şəkildə bəraət qazandırmağın mümkünlüyünə inanması mənim ürəyimi ağrıdır. Amma bu ağrı Ukrayna xalqının həlak olması ilə müqayisədə heç nə deyil", - Maşa deyib.
Əsasən "Gözəl doğulma” serialı ilə tanınan aktrisa Ukraynada çoxlu həmkarlarının və dostlarının olduğunu vurğulayıb.
"Onların heç biri mənə rus olduğuma görə nifrət etmirdi. Və heç biri cənab Putindən onları xilas etməyi xahiş etməyib", - o bildirib.
Rusların çoxu həqiqətən də "xüsusi əməliyyata”, "ukraynalı nasistlər”ə və s.-ə inanırmı sualına aktrisa belə cavab verib: "Dünən atamla telefonda danışdım. İndi deyirəm, bəli, təəssüf ki, hə...”
Maşa qeyd edib ki, o, atasına CNN ilə əlaqə saxlayacağı barədə xəbərdarlıq edib və o, aralarında olan söhbətlərini qızının təkrar danışmasına qarşı olmayıb.
"O, məndən dərhal Rusiyaya qayıtmağı, qızlarımı özümlə gətirməyi, yaxşı rus qadını olmağımı, xəyanətə görə üzr istəməyimi və Ukrayna nasistlərinə qarşı mübarizədə kömək etmək üçün rus xalqının, xalqımın yanında olmağımı xahiş etdi", - Maşkova bildirib.
Aktrisa bu qərarın onun üçün çox çətin olduğunu gizlətməyib. Ancaq Maşa bunu etməlidir, çünki o, təkcə qız deyil, həm də anadır. Qızlarından birinin ən yaxın dostu, rəqs müəllimi Danya Kiyevdə yaşayır.
"Yəqin ki, onların dostluğuna görə mən bu müharibə ilə bağlı mövqeyimi bildirmək qərarına gəldim. Axı bombardman başlayanda qızım dəhşətə gəlmişdi. Daim Danyaya zəng edirdik. İndi isə Danya vasitəsilə mən danışıram. Onun üçün bomlabaların düşməsinin nə demək olduğunu bilirəm. Çünki bunun qızım üçün gələcək həyatında nə demək olacağını bilirəm", - Maşa izah edib.
Maşkova etiraf edir ki, o, Rusiya televiziya layihələrində rol alaraq təbliğat sisteminin bir hissəsi olub. O, ümid edir ki, nə vaxtsa Rusiya yalan və zorakılıq deyil, mərhəmət və tərəqqi ölkəsinə çevriləcək.
Fevralın 24-dən Maşa İnstaqram səhifəsində müharibə əleyhinə bir neçə status yerləşdirib. Düzdür, rus qadını ilə ukraynalı qadının qucaqlaşdığı şirin şəklin altındakı şərhə cavab verən Maşkova etiraf edib ki, yəqin, baş verənləri bağışlaya bilməz, amma heç olmasa buna cəhd edib.
Xatırladaq ki, Putinin sözçüsü Dmitri Peskovun qızı Yelizaveta isə rus olması ilə fəxr etdiyini və özünə qarşı sanksiyalardan hiddətləndiyini bildirib. Müharibənin əvvəlində qız İnstaqramda "Müharibəyə yox” çağırışını yayımlasa da, onu təcili olaraq silib.
Alpər
<iframe width="690" height="388" src="https://www.youtube.com/embed/TEq256qKLDU" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">

.

<iframe class="instagram-media instagram-media-rendered" id="instagram-embed-0" src="https://www.instagram.com/tv/CbQGyQDA_GV/embed/captioned/?cr=1&v=14&wp=688&rd=https%3A%2F%2Ftabloid.pravda.com.ua&rp=%2Fperson%2F6239c37e807c1%2F#%7B%22ci%22%3A0%2C%22os%22%3A10613.69999999972%2C%22ls%22%3A10003%2C%22le%22%3A10603.69999999972%7D" allowtransparency="true" allowfullscreen="true" frameborder="0" height="984" data-instgrm-payload-id="instagram-media-payload-0" scrolling="no" style="box-sizing: border-box; -webkit-font-smoothing: antialiased; font-variant-ligatures: none; margin: 0px 0px 12px; padding: 0px; border-width: 1px; border-style: solid; border-color: rgb(219, 219, 219); outline: 0px; font-size: 17px; vertical-align: baseline; background-image: initial; background-position: initial; background-size: initial; background-repeat: initial; background-attachment: initial; background-origin: initial; background-clip: initial; font-family: " fira="" sans",="" sans-serif;="" word-spacing:="" 0px;="" max-width:="" 690px;="" width:="" calc(100%="" -="" 2px);="" border-radius:="" 3px;="" box-shadow:="" none;="" display:="" block;="" min-width:="" 326px;"="">