Xəbər lenti

Putinlə Ərdoğan bağlı qapı arxasında nələrdən danışdılar?
Dünya09:17 22.11.2013

Putinlə Ərdoğan bağlı qapı arxasında nələrdən danışdılar?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda bağlı qapılar arxasında görüşüblər.

Ans press-in “ntv”yə istinadən verdiyi məlumata görə, görüşdə dövlətlərarası münasibətlər müzakirə olunub.

“Bizim birbaşa iştirakımız olmadan da iki dövlət arasında münasibətlər geniş şəkildə inkişaf edir”, - deyə Vladimir Putin bildirib.

Ərdoğan isə öz növbəsində danışıqların böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Mən inanıram ki, bizim hələ birgə atacağımız addımlar var”

Qeyd edək ki, Putinlə Ərdoğan arasında ötən görüşdə Türkiyə ilə Rusiya arasında arasında iqtisadi əlaqələrin yeni mərhələsinə keçidin yaranması barədə məlumat verilmişdi.

Qaynar.info