Xəbər lenti

Putinlə Ərdoğan Çində görüşdü
Dünya16:55 03.09.2016

Putinlə Ərdoğan Çində görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla görüşü zamanı Türkiyənin ciddi terror cinayətləri ilə üzləşdiyini bildirərək, hökumətin ölkədəki  vəziyyəti tamamilə normallaşdıra biləcəyinə əmin olduğunu vurğulayıb.  
“Biz Türkiyənin daxilindəki siyasi mühitin normalaşmasına şadıq”, - deyə Rusiya prezidenti  Çinin Xançjou şəhərində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Ərdoğanla  görüşündə bildirib.
“Türkiyənin çətin vaxtlar yaşadığını, terrorçuluqla mübarizə apardığını və  ciddi terror cinayətləri ilə üzləşdiyini görürük”, - deyə Putin bildirərək, Rusiyanın terrorla mübarizəyə dair mövqeyini dəfələrlə bildirdiyini qeyd edib.
“Əminəm ki, siz Türkiyədəki vəziyyəti tamamilə normallaşdıra biləcəksiniz, siz buna, demək olar ki, artıq nail olmusunuz”, deyə Putin qeyd edib. 
Rəcəb Tayip Ərdoğan Türkiyə və Rusiya arasında çarter uçuşlarının bərpa olunmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib. 
Ərdoğanla keçirdiyi görüşün əvvəlində birinci çarter reysinin sentyabrın 2-də baş tutduğunu xatırladıb. “Mən, ilk öncə, təşəkkür etmək istəyirəm. Bəli, həqiqətən, çarter uçuşları bərpa olunub, ilk reys dünən həyata keçirilib”, - deyə Ərdoğan bildirib.  
Qeyd edək ki, ilk çarter reysinin sərnişinləri Türkiyədə gül-çiçəklə qarşılanıb.(APA)
Qaynarinfo.Az