Xəbər lenti

Putinlə Kerri anlaşa bilmədi - Rəsmi açıqlama
Dünya11:19 15.07.2016

Putinlə Kerri anlaşa bilmədi - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Con Kerrinin görüşü kifayət qədər konstruktiv, açıq və detallı söhbətlə müşaiyət olunub. 

"Qaynarinfo.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti Dmitri Peskov məlumat verib. 

Onun sözlərinə görə, iki ölkənin Suriya məsələsində birgə fəaliyyəti ilə bağlı çoxlu suallar qalıb. 

Peskov qeyd edib ki, Rusiya Cenevrə danışıqlarının davam etdirilməsinə tərəfdardır. O eyni zamanda vurğulayıb ki, Moskvanın Bəşər Əsədin taleyi ilə bağlı məsələdə mövqeyində heç bir dəyişiklik baş verməyib. 

Mətbuat katibi əlavə edib ki, terrorizmlə bağlı birgə əməkdaşlıq sahəsində anlaşma əldə etmək mümkün olmayıb. 

Görüşdə strateji hücum silahlarının azaldılması ilə bağlı məsələ qaldırılmayılb.  

Qızılgül