Xəbər lenti

Putinlə Yanukoviç görüşdü
Dünya13:10 17.12.2013

Putinlə Yanukoviç görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Görüş Kiyevdə etirazlar fonunda baş tutub

Kiyevdə etirazların davam etdiyi bir vaxtda, Moskvada Rusiya və Ukrayna prezidentlərinin görüşü baş tutub. ANS PRESS-in "Associated Press"ə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukrayna vətəndaşları üçün əlverişli həyat və iş şəraiti yaratmalıdır. Putinin sözlərinə görə, Rusiyada təkcə rəsmi məlumatlara görə, 1,5 milyona yaxın, qeyri-rəsmi məlumatlara görə isə 5 milyona yaxın Ukrayna vətəndaşı işləyir.

«Bu, böyük insan kütləsidir və onların burada sərbəst şəkildə yaşaya, işləyə, sərhədi keçə və ailələrinə yardım edə bilməsi üçün əlverişli şərait yaratmalıyıq» - deyə Putin bildirib.

Viktor Yanukoviç isə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın inkişafından danışıb.


Qaynar.info