Xəbər lenti

Qabil Hüseynli: "Rusiya təklənir" - AÇIQLAMA
Siyasət11:51 14.12.2013

Qabil Hüseynli: "Rusiya təklənir" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sergey Lavrov Qərbi belə pisləyirsə, o zaman rəsmi Moskva Qərb şirkətlərinin Rusiyaya gəlməsi, orada istehsal şirkətləri yaratması üçün niyə can atır?"

Bunu Qaynar.info-ya politoloq Qabil Hüseynli Rusiya xarici işlər naziri Sergey Lavrovun Gömrük İttifaqı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.  

Qabil Hüseynli Sergey Lavrovun “Avropadakı tərəfdaşlarımız elə bildilər ki, qonşularımızı bizdən qoparmaq asandır” fikrini şərh edərkən bildirib ki, Qərb malları həmin ölkənin bazarını dolduracaqsa, bunun nəyi pisdir: "İstehsal sahələri, nano-texnologiyalar bu ölkələrin əlindədir. Hansı kı, Rusiya bu texnologiyalar üçün milyonlar xərcləyir. Qərbə inteqrasiya Qərb həyat tərzinin, Qərb mədəniyyətinin, iqtisadi, siyasi azadlıqlar sisteminin mənimsənilməsi deməkdir. Rusiya ona görə narahatdır ki, əlindən dayaqları çıxır və dünyada təklənməyə doğru gedir. Amerika heç kimə Qərb assosiasiyasını sırımaq niyyətində deyil. Amerika sadəcə olaraq çalışır ki, postsovet məkanında olan ölkələr daha mütərəqqi siyasi sistemləri, həqiqi mənada azad bazar sistemilə əvəz olunsun".

Q.Hüseynli Rusiya iqtisadiyyatında monopoliyanın olduğunu da bu ölkənin böyük problemi kimi qiymətləndirib: "Rusiya iqtisadiyyatının 80 faizi 200-300 nəfərin əlindədirsə, bunun nəyi azad iqtisadiyyatdır? Rusiya bun gün müasir nano-texnologiyanın üstünlüklərinə malikdirmi? Əlbəttə, yox.  Məgər Ukraynanın bu bazarda rəqabətli malları azdır? Elə kənd təsərrüffatı malları ilə də bu bazarda çox asanlıqla rəqabətə girəcək. Azərbaycan həmin ölkələrin enerjin bazarıdır.  Azərbaycan onsuz da indinin özündə də bəzi mallarını gömrük rüsumu ilə həmin bazarlardan alır. Amma assosiativ üzvülüyü olsa, bu kimi vergilərdən azad olunacaq və məhsul da ucuz başa gələcək. Bir sözlə, Lavrovun söylədiyi fikirlər imperiya maraqlarından doğan söyləntilərdir. Dünyanın inkişaf meyilləri var. Bu meyillərin qarşısını almaq istəyirlər".

Politoloq həmçinin qeyd edib ki, Azərbaycan hələ assosiativ üzv olmaq niyyətində deyil, balanslaşdırmış siyasət yürüdür. Hər iki tərəflə münasibətlərini qoruyub saxlamaq niyyətindədir.  

Xatırladaq ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov jurnalistlərə açıqlmasında Abışın öz mövqeyini “Şərq tərəfdaşlığı” ölkələrinə sırımaq istədiyini bildirmişdi. O vurğulayıb ki, bu ölkələr Avropada istehsal olunan məhsulların böyük əksəriyyəti ilə rəqabətə davamlı deyillər. Lakin onları azad ticarət zonasına cəlb edərək yeni bazarlar qazanırlar. Bu bazarlar dərhal rəqabətə davamlı Avropa məhsulları ilə dolacaq və assosiasiya sazişi imzalayan ölkələrdə analoji istehsalı öldürəcək. Bu, Rusiyaya da problemlər yaradacaq, çünki bizim bu ölkələrlə gömrük sərhədlərimiz yoxdur. Lakin onlar gördülər ki, bizim qonşularımızı Rusiyadan qoparmaq elə də asan deyil".

Elkin Xəlilov
Qaynar.info