Xəbər lenti

Qabriel Batistuta "Qarabağ"ın oyununda
İdman13:33 23.09.2016

Qabriel Batistuta "Qarabağ"ın oyununda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Fiorentina"nın əfsanəsi Qabriel Batistuta sentyabrın 29-da Avropa Liqasının "Qarabağ"la oyununu stadiondan izləyəcək.

Qaynarinfo.Az xəbər verir ki, violanews.com-un məlumatına görə, "Batiqol" ləqəbli futbolçuya Florensiya şəhərinin fəxri vətəndaşlığı veriləcək. 

Tədbir "Qarabağ"la matçdan əvvəl Artemio Franki adına stadionda keçiriləcək. 

Xatırladaq ki, argentinalı hücumçu 1991-2000-ci illərdə "Fiorentina"nın formasını geyinib. O bu komandada 269 oyunda 168 qol vurub. Qabriel Batistuta Argentina millisinin heyətində 54 dəfə fərqlənib.

Qaynarinfo.Az