
Futbolçunun yerli Mafia tərəfindən qaçırıldığı istisna edilmir.
Son Yunanıstan çempionu "Olimpiakos"un qaçırılan futbolçusu Alan Pulido tapılıb. ANS PRESS-in məlumatına görə, Meksika polisi onu bu gün tapa bilib.
25 yaşlı hücumçu ötən gün vətəni Meksikada oğurlanıb. Pulido sevgilisi ilə gecə klubuna gedərkən küçədə bir qrup şəxs tərəfindən qaçırılıb.
Hadisə ilə bağlı araşdırma aparan Meksika polisi isə onu yalnız bu gün tapa bilib. Futbolçunun yerli Mafia tərəfindən qaçırıldığı istisna edilmir.
25 yaşlı Pulido doğma şəhəri Siudad-Viktoriya şəhərinin yaxınlığında oğurlanıb.
Şənbə günü o, əylənmək üçün şənliyə gedirmiş, bu zaman onun avtomobilini altı nəfər üzü maskalı adam əhatəyə alıb.
Meksikada iri narkokartellər tərəfindən həyata keçirilən oğurluqlar çox olur. Bu baxımdan Tamaulipas ən təhlükəli ştatlardan biridir.
Qaynarinfo.az