Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Yüksək Komissarlığı İraq və Suriyadakı müharibəyə görə evlərini tərk etmiş qaçqınların sayını açıqlayıb. Qaynar.info xəbər verir ki, təşkilat yurd-yuvasından digdərgin düşmüş insanların sayının 12.59 milyona çatdığını elan edib.
Bunun 10.5 milyonu suriyalılardır. Məlumata görə, Suriyadakı qaçqınların 7.2 milyon nəfəri ölkənin başqa ərazilərinə köçüb, 3.3 milyonu isə xaricə üz tutub.
Qaçıqların 2.09 milyonu isə İraqın payına düşür. Onlardan 1.9 milyon nəfəri ölkə daxilində yerlərini dəyişib. Qalan 190 mini isə xaricə yollanıb.
Qaynar.info