Xəbər lenti

Qaçrılan təyyarənin sərnişinləri azad edildi - YENİLƏNİB (FOTO/VİDEO)
Dünya13:56 23.12.2016

Qaçrılan təyyarənin sərnişinləri azad edildi - YENİLƏNİB (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son məlumata görə Liviyadan sərnişin təyyarəsini Maltaya qaçıranlar həqiqətən iki nəfərdir və onlar özlərini Qəzzafinin tərəfdarları kimi tanıdıblar.

Onlar silahlarını təhvil verməyə və göyərtədəki sərnişinləri sərbəst buraxmağa razılaşıblar. Maltanın baş naziri Cozef Muskat bildirib ki, sərnişinlər arasında 28 qadın və bir uşaq da var. Terrorçuların tələblərinin nədən ibarət olduğu açıqlanmır. Ancaq Liviya mənbələri bildirir ki, təyyarəni qaçıranlar Qəzzafinin oğlu Seyf əl-İslamın həbsdən azad edilməsini tələb edirlər.

****

İki silahlı Liviya təyyarəsini qaçırıb. Qaynarinfo.Az xəbər verir ki, "Afriqivyah" hava yollarına məxsus "Airbus A320" marakalı Liviya təyyarəsində 118 sərnişin var.

Artıq təyyarə Maltaya endirilib. Maltanın baş naziri Yosep Muskat bildirib ki, təhlükəsizlik qüvvələri terrorçuları yaxamaq üçün əməliyyata hazırlaşır.

***

Təyyarəni qaçıran şəxslər onu partlatmaqla hədələyir. Terrorçuların Liviyanın öldürülmüş lideri Muammer Qəddafinin tərəfdarları olduğu bildirilir. Malta polis əməliyyata hazırlaşır. Sərnişinlərin xilasetmə əməliyyatının yaxın dəqiqələrdə başlayacağı bildirilir.

***

"Reuters" Malta hava limanından görüntüləri yayımlayıb. Şəkillərdən görünür aeroporta xüsusi təyinatlılar gətrilib.

Bu arada pilot Trablus hava limanı ilə son danışığında təyyarəni Liviyaya endirməyə çalışdığını, amma terrorçuların bunu qəbul etmədiyini deyib.

***

Artıq təyyarədəki bütün sərnişinlər azad edilib. Bu dəqiqələrdə ekipaj üzvləri təyyarədən çıxarılır. Sərnişinlər və ekipaj üzvləri avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılır.

Qaynarinfo.Az