Rusiyanın paytaxtı Moskva şəhərində aktyorun cinsiyyət orqanı oğurlanıb. Anspress-in məlumatına görə, aktyor kimi fəaliyyət göstərən Dmitri Nikolayev bir tamaşada səhnə aldıqdan sonra yaxınlaşan sarışın qadınla tanış olub. Qadın ona birlikdə içki içməyi təklif edib. Razılaşan aktyor onunla birlikdə saunaya gedib.
Qadının təklif etdiyi piyvəni içəndən sonra isə huşunu itirib. Gözlərini avtobus dayanacağında açan kişi cinsiyyət oqranının olmadığını görüb. Həkimlər xəstəxanaya yerləşdirilən şəxsin çox dəqiqliklə əməliyyat edildiyini deyirlər. Onlar əməliyyatda peşəkar cərrahın da iştirak etdiyini istisna etmilər.
"Life News"un məlumatına görə, aktyor uzun müddət başına gələnləri həyat yoldaşına danışa bilməyib.
İndi polis kişinin orqanını özünün belə xəbəri olmadan oğurlayan şəxslərin axtarışı ilə məşğuldur.
Qaynar.info