Xəbər lenti

Qadın astronavtlar açıq kosmosa çıxdı: 6 saatlıq əməliyyat
Dünya14:57 15.01.2020

Qadın astronavtlar açıq kosmosa çıxdı: 6 saatlıq əməliyyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı astronavtlar Kristina Kuk və Cessika Meir Beynəlxalq Kosmik Stansiyanın (ISS) batareyalarının dəyişdirilməsi üzərində iş aparmaq üçün açıq kosmosa çıxıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə yanvarın 15-də Twitter-də ABŞ-ın NASA kosmik agentliyi məlumat yayıb.
Çıxış səhər saat 14:35-də başlayıb. Açıq kosmosda işin altı saat yarım davam edəcəyi təxmin edilir.
Qeyd edək ki, bu çıxış ISS güc sistemlərini modernləşdirmək məqsədi ilə kosmosda planlaşdırılan dördüncüsüdür.
Yanvarın 2-də Kristina Kukun qadınlar arasında fasiləsiz kosmik uçuşu ilə rekord vura biləcəyi bildirilib. Amerikalı 14 mart 2019-cu ildə Soyuz MS-12 kosmik gəmi heyətinin tərkibində Beynəlxalq Kosmik Stansiyaya (ISS) gedib. Bu, onun ilk kosmik uçuşudur: Kuk uçuş mühəndisi kimi xidmət edir.
Alpər