Hindistan sakini 63 yaşlı Kumari Nayakın 31 əl-ayaq barmağı var.
Qaynarinfo xəbər verir ki, onun anadangəlmə anomaliyası polidaktil adlanır.
Qonşular qadını cadugər hesab eyinə görə, o evdən nadir hallarda çıxır. Həddən artıq yoxsul olduğu üçün müalicəsinə pul tapa bilmir. Bununla belə, o, barmaqlarının sayına görə dünya rekordu qazanmağı bacarıb. Ona qədərki rekorçunun barmaqlarının sayı 28 olub.
Beləliklə, Kumari Ginnesin Rekordlar Kitabına düşüb.