Xəbər lenti

Qadın deputat girov götürüldü
Dünya04:23 14.08.2013

Qadın deputat girov götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanın paytaxtı Kabilin cənubunda səyahət edən qadın deputat uşaqları ilə  birlikdə taliblər tərəfindən girov götürülüb.

“BBC”-nin verdiyi xəbərə görə, hadisədən bir müddət sonra Faribə Əhmədi Kakarın övladlarını xüsusi əməliyyat nəticəsində azad etmək mümkün olub. Əməliyyat yerli təhlükəsizlik qüvvələri və NATO-nun birləşmələri tərəfindən birgə həyata keçirilib. Lakin deputat qadını hələlik azad etmək mümkün olmayıb.

Faribə Əhmədi Kakar taliblər tərəfindən girov götürülmüş ilk qadın siyasətçidir. Bir neçə gün əvvəl başqa qadın deputata qarşı sui-qəsd törədilib, nəticədə onun qızı həlak olub, siyasətçinin özü isə yaralanıb. 

Son zamanlar Əfqanıstanda tanınmış qadınlara hücumların sayı xeyli artıb. 

APA