Bir çox ölkələrdə orduda xüsusi qaydada məşq etdirilərək hazırlanan qadınlardan ibarət batalyon olur. Anspress-in məlumatına görə, belə batalyonlardan biri də Suriya ordusundadır.
Suriya ordusunda fəaliyyət göstərən qadınlardan ibarət batalyonun döyüşçüləri xüsusi hərbi təlim keçiblər.
Döyüşçü qadınlar silahdan istifadəni yaxşı bacarır. Bundan başqa, döyüşçü qadınlar əlbəyaxa döyüşlərin sirlərinə yiyələniblər.
Döyüşçü qadınlar bacarıqları ilə istənilən çətin anlarda çıxış yolu tapmaqda mahirdirlər.
Qaynar.info