Öz yeniliklərilə İslam dünyasını “sevindirməyə”davam edən İŞİD-in növbəti qərarı qadınların sünnət olunmasıdır. İraq vəŞam İslam Dövləti ələ keçirdiyi bölgələrdə qadın və qızların sünnətolunması ilə bağlı fətva verib. Qeyri-dəqiq məlumatlara görə, bu fətva 4milyon qız və qadına şamil ediləcək.
Bəs qadın sünnəti nədir və necə yaranıb? Hazırda haralarda, hansı məqsədlə tətbiq olunur?
Qadın sünnəti - cinsi zövq orqanı olan klitorun kəsilməsidir ki, məqsədqadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir. Yəni, qadıncinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil artırmaq üçün girsindeyə, bu addım atılır.

Dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir. Qadınsünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır.Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir. Təkcə Somaliyox, Efiopiya, Fil Dişi Sahili, Seneqal, Keniya, Benin və Qana kimimüsəlmanların üstünlkü təşkil etdiyi Afrika ölkələrində qadınlar sünnətedilir. Həmçinin xristianların üstünlük təşkil etdiyi Nigeriya,Tanzaniya və Nigerdə də qadınlar sünnət edilir.
Buna görə də belə hesab olunur ki, Afrika ölkələrində qadınların sünnəti dinlə yox, daha çox yerli adət-ənənə ilə bağlıdır.

Tarixçi və ilahiyyatçı alim Təbərinin qeydlərinə görə,qadın sünnətinin tarixi Həzrəti İbrahimin vaxtına gedib çıxır. Belə ki,rəvayətə görə, qadınların sünnət edilməsi adəti onun dövründə başlayıbvə ilk sünnət olunmuş qadın da onun həyat yoldaşı Həcər olub.
Hətta İslam peyğəmbəri Məhəmmədin də sünnətin qadın üçün fəzilət olduğunu dediyi bildirilir.
Buna baxmayaraq, dində qadın sünnətinin olub-olmaması ilə bağlı fikirlərziddiyyətlidir. Bəziləri bunun dində olduğunu desə də, araşdırmalargöstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı birmənalı tələbyoxdur.
Başqa bir qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət olunmasıadəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan Afrikanın digərbölgələrinə yayılıb.

Qadın sünnəti əsasən 4-12 yaş arası və tam, ya qismən olmaqla müxtəlifformalarda edilir. Burada digər məqsədin guya fahişəliyin qarşısınınalınması olduğu deyilsə də, statistik məlumatlar göstərir ki, busünnətin həyata keçirildiyi ölkələrdə fahilşəlik heç də digərlərindən azdeyil.
Qadın sünnəti insan orqanizminə necə zərər vurur? Bunun hansı fəsadları var?
Ginekoloq Ellada Sarıyeva AzVision.az-a bildirib ki, sünnət qadının cinsi fəaliyyətini yalnız korlayır, birdəfəlikdayandırmır: “Bunun məqsədi cinsi funksiyanı tormozlamaqdır. Əslindəklitorun kəsilməsi qadının cinsi fəaliyyətinə ciddi təsir etmir, sadəcə,fiziki zədə qalır və cinsi münasibətə qismən istəksizlik yaranır.Qadının cinsi fəaliyyətini yalnız yumurtalığı kəsməklə tam dayandırmaqolar”.

Cinsi fəaliyyətə ciddi təsir etməsə də, sünnət qadının həyatı üçüntəhlükə törədir. Belə ki, sünnət prosesi yüzlərlə qadının həyatınıitirməsi ilə nəticələnə bilir: “Qadın sünnətinin bir təhlükəli tərəfi dəqanaxmadır ki, sünnət zamanı qanaxmadan ölənlərin sayı kifayətqədərdir. Çünki qadın cinsiyyət orqanında həmin hissə qan damarları iləzəngindir və onlara nəzarət etmək çətindir”.

Ginekoloq deyir ki, sünnət qadının psixologiyasına da ciddi təsir edir.Belə ki, sünnət olunmuş qadında ətrafdakılara qarşı qorxu hissi yaranırvə asanlıqla tabe olur.
Qadın sünnətinin doğuşa təsirinə gəlincə isə, E.Sarıyeva bildirib ki, bunun ciddi təsiri yoxdur.

Azərbaycanın da bəzi bölgələrində, əsasən isə Qax və Zaqatalada qadın sünnətinin olduğu deyilir. “Təmiz Dünya” Qadınlara Yardım İctimaiv Birliyinin sədri MehribanZeynalova deyir ki, bununla bağlı yalnız bir dəfə quruma şikayət daxilolub: “Bir neçə il bundan qabaq Zaqatala zonasında sünnətləbağlı hansısa faktların olduğunu dedilər, amma aşkarlanmadı. İstənilənhalda bu hal qadına qarşı zorakılıqdır. Təkcə fiziki yox, eyni zamandapsixoloji zərbədir”.
Qaynar.info
Şərhlər