
İranda yad qadın və kişilər arasında yazışmalar qadağan olunub.
Qaynar.info xəbər verir ki, ölkənin ali dini lideri Ayətullah Xamneyi internetdə yad kişi və qadınların bir-birilərilə yazışmasını qadağan edən fətva ferib.
"Bunun əxlaqsızlıq olduğunu nəzərə alaraq bu cür yazışmalar qadağan olunur" deyə Xamneyinin saytında belə yazılıb.
Sözügedən fətva ölkədə WeChat proqramının bağlanmasından bir neçə gün sonra verilib.
Qaynar.info