Xəbər lenti

Qadın xalatı geyindirilən erməni müstəntiqi məhkəməyə verdi
Dünya09:19 19.11.2013

Qadın xalatı geyindirilən erməni müstəntiqi məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva yaxınlığında 18 nəfərin ölümü ilə nəticələnən yol-qəzası törədən “KamAZ” sürücüsu erməni Qraç Arutunyan tədqiqatçını məhkəməyə verib.

Bu barədə məhkumun vəkili məlumat verib. Ruben Markaryanı hiddətləndirən isə müstəntiqin 18 nəfərin qatilinə çevrilən müştərisini qadın xalatında məhkəməyə çıxarması olub.

Onun sözlərinə görə, məhkəmə qarşısına qadın xalatı və çimərlik ayaqqabısında çıxarılmaq qanun pozuntusudur. Q.Arutunyan qohumları ilə əlaqə saxlanılmasını və ona paltar gətirilməsini istəsə də, bu edilməyib.

Vəkil məhkəmənin xalat məsələsinə nöqtə qoyacağına ümid etdiyini deyib.

Xatırladaq ki, iyul ayının 13-də Ermənistan vətəndaşının idarə etdiyi "KamAZ" markalı maşın yüksək sürətlə hərəkət edərək sərnişin avtobusuna çırpılıb. Zərbənin təsirindən avtobus ortadan bölünüb. Nəticədə 18 nəfər ölüb. Qraç Arutyunyan qəza baş verən an yük maşınından yola düşdüyü üçün sağ qala bilib.

46 yaşlı erməninin bu qəzaya kimi 6 dəfə yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırıldığı bildirilir.(anspress.com)