Xəbər lenti

Qadını evində saxladığı pişiklər yedi
Dünya13:54 09.09.2013

Qadını evində saxladığı pişiklər yedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin Hempşir əyalətindəki Rinqvud kəndində özünü cəmiyyətdən ayıraraq yaşayan 56 yaşlı qadın evində bəslədiyi pişiklər tərəfindən yeyilib. 
Qaynar.info xəbər verir ki, Janet Veal adləı qadının uzun müddət görməyən qonşuları polisə xəbər verib. 
Polis qadının evinə girən zaman dəhşətli hadisə ilə qarşılaşıb. Qadının cəsədi mətbəxdə pişiklər tərəfindən parçalanmış vəziyyətdə tapılıb. 
Tibbi ekspertizadan sonra məlum olub ki, qadın bir neçə ay əvvəl ürək tutmasından ölüb, ac qalan pişiklər də onun cəsədini yeyiblər. 
Qaynar.info