Xəbər lenti

Qadını zorlayan polis əməkdaşlarının məhkəməsi başlayıb
Dünya06:20 22.02.2013

Qadını zorlayan polis əməkdaşlarının məhkəməsi başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikada italiyalı qadın turisti zorlayan iki polis əməkdaşı məhkəmə qarşısına çıxarılıb. 
 
APA-nın verdiyi xəbərə görə, Playa del Karmen kurort şəhərində polis əməkdaşları tələb etdikləri rüşvəti turist qadından ala bilmədikdə onu zorlamağa qərara alıblar.
 
İttihama görə, polislər qadını ictimai yerdə təbii ehtiyacını ödədiyinə görə məsuliyyətə cəlb etməmək üçün ondan rüşvət tələb ediblər. Məhkəmə qarşısına çıxarılanların rəisi olan üçüncü polis əməkdaşı barəsində törətdiyi eyni əmələ görə axtarış elan olunub. 
 
Xatırladaq ki, iki həftə əvvəl Akapulko şəhərində iki ispaniyalı qadın turist cinayətkar banda tərəfindən zorlanıb. Əcnəbi qadınlara hücumların artması yerli turizm şirkətlərində ciddi narahatlığa səbəb olub.

Qaynar.info