Xəbər lenti

Qadınlara qadağan edilən 6 əməl
Dünya17:27 30.10.2013

Qadınlara qadağan edilən 6 əməl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən həftə Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etmək arzusu və bu arzudan irəli gələn tələblər dünya ictimaiyyətinin gündəmində olub. 

Anspress-in məlumatına görə, "The Telegraph" qəzeti ərəb qadınlarını bu cəsarətli addımından sonra dünyanın müxtəlik ölkələrində qadınlar üçün qadağan edilən gündəlik fəaliyyət növlərini araşdırıb. 

1- Savaş 

28 NATO üzvü olan ölkələrdən sadəcə Türkiyə, İngiltərə və Slovakiyada qadınların cəbhədə mübarizə aparmasına icazə verilmir. 

2. Tək başına alış-veriş 

Şimali Pakistanda ötən Ramazan ayında din xadimləri tərəfindən qadınların tək başına alış verişə çıxması yasaqlanıb. 

3.Qolf oynamaq

İngiltərədə bir çox qolf klublarının qapıları hələdə qadınların üzünə bağlıdır. 

4.Motosikletdə ayaqları açaraq oturmaq

İndoneziyada rəsmilər ötən il qadınlara kişilər kimi ayaqlarını açaraq motosikletdə oturmağı qadağan edib. Qadınlardan ayaqlarını bir tərəfə salayaraq oturmaq tələb edilib. 

5. Mədənlə bağlı universitetdə təhsil 

Çində mədən və texnologiya universiteti sadəcə kişi tələbələr qəbul edir. Bunun səbəbi isə Çində qadınların bu sahədə işləməyin qadağan edilməsidir. 

6. Saç taxmaq 

ABŞ-ın Texas ştatında bir rahib qadınların kilsədə süni saçdan sitifadəsini qadağan edib. Rahib buna əsas kimi qadınların taxma saçlarla saxta görünüşə sahib olduğunu və özünəetibarlarının azaldığını göstərib.

Qaynar.info