Xəbər lenti

Qadınlara qarşı zorakılıqda ittiham edilən baş prokuror istefa verdi
Dünya09:56 08.05.2018

Qadınlara qarşı zorakılıqda ittiham edilən baş prokuror istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Nyu York şəhərinin baş prokuroru Erik Şnaydermen istefa verib.
Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, baş prokurorla münasibətdə olmuş 4 qadın Şnaydermenin onları vurduğunu və cinsi zorakılığa məruz qoyduğunu iddia edib. Onlar bildirib ki, Erik polisə müraciət və onu tərk etməmək üçün hədə-qorxu gəlib. 
Şnaydermen iddiaları rədd edərək heç bir qadınla bu növ emosional və seksual münasibətdə olmadığını vurğulayıb və belə bir dövrdə vəzifəsinin icrasının çətinliyini qeyd edərək istefa verib.
Qeyd edək ki, Erik Şnaydermen qadınlara qarşı törədilən zorakılığa qarşı start götürən "#Metoo" hərəkatına dəstək verirdi.
Gülşən