Xəbər lenti

Qadınlardan Əsədə dəstək
Dünya17:54 22.10.2013

Qadınlardan Əsədə dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Demokratik Qadınlar Federasiyasının nümayəndə heyəti Suriya liderinə “Boyun əymə” deyib

Beynəlxalq Demokratik Qadınlar Federasiyasının nümayəndə heyəti Suriya prezidenti Bəşər Əsədlə görüşüb. ANS PRESS Suriyanın rəsmi xəbər agentliyi “SANA”ya istinadən bildirir ki, Federasiya prezidenti Marsiya Kamposun rəhbərlik etdiyi nümayəndə heyəti ona üzərində “Boyun əymə” sözləri yazılmış plakat da hədiyyə veriblər.

Əsəd isə öz növbəsində bildirib ki, Suriya bölgə xalqlarının torpağını və istiqlalını qoruyur və bu çətin mərhələni geridə qoymaq iqtidarındadır. Beynəlxalq Demokratik Qadınlar Federasiyasının təmsilçiləri isə “məruz qaldıqları terror qarşısında Suriya xalqına dəstək verdiklərini” ifadə ediblər.

Qaynar.info