Xəbər lenti

Sağlamlıq 13:45 04.02.2025

"Qala Sığorta" premium sığortası olan müştərinin əməliyyat xərclərini qarşılamır - ŞİKAYƏT

"Qala Sığorta" şirkəti premium sığorta olunan müştərisinin diz əməliyyatına görə xəstəxana ödənişlərini öhdəliyinə götürmür.

Qaynarinfo-nun məlumatına görə, şikayətçi Zaur Sarıyev ağır neft sənayesində çalışdığını və təmsil etdiyi şirkət tərəfindən "Qala Sığorta" şirkətində premium sığorta olunduğunu bildirib.
 


Bir müddət əvvəl sol diz nahiyəsində baş verən ağırılara görə Gömrük Hospitalına müraciət edib. Sözügedən xəstəxanada Zaur Sarıyevə diz nahiyəsindən təcili "meniski" əməliyyatı təyin olunub. 

Zaur Sarıyev sözügedən sığorta şirkətinə əməliyyat xərclərinin ödənilməsi üçün müraciət edib. Şikayətçi iddia edir ki, "Qala Sığorta" şirkətinin əməkdaşları onun müraciətinə bir gün ərzində baxdıqdan sonra sözügedən əməliyyatı qarşılamayacaqlarını deyiblər: "Halbuki insan orqanizimində yaranan problemlərin aradan qaldırılması üçün xəstəxana xərclərini premium sığorta etməlidirlər".
 


"Qala Sığorta" şirkətinin premium paketinə bunlar daxildir: 

- Təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri
- Ambulator-poliklinika xidmətləri
- Stasionar xidmətləri
- Dərman təchizatı
- Stomatoloji xidmət
- Hamiləlik və Doğuş
- Təxirəsalınmaz vaksinasiya
- Fizioterapiya
- Müalicəvi massaj
- Xroniki xəstəliklərin müalicəsi
- Ürək-damar cərrahiyyəsi
- Dəstəkləyici Cihazlar
- Tibbi xərclərin əvəzinin ödənilməsi
- Xoşxassəli yeni törəmələrin müalicəsi
- Sığorta müddətindən əvvəl baş vermis hallar
- Həkim fərqi
- Xaricdə müalicə
- Qalxanabənzər vəzin xəstəliklərinin cərrahi müalicəsi
- Kataraktanın müayinəsi və müalicəsi

Məsələ ilə bağlı "Qala Sığorta" ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, məsələ ilə bağlı geri dönüş ediləcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->