Kolumbiya Universitetindən olan alimlər qalaktikada onlarla yeni qara dəlik kəşf edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, astrofizik Çarlz Heyli və həmkarları "Chandra X-ray" teleskopu vasitəsilə əldə edilən informasiyaları analiz etmək üçün arxiv məlumatlarını istifadə ediblər.
Nəticədə uzun illərdir təxmin edilən məlumatlar sübuta yetirilib. Qalaktikamızın mərkəzində onlarla yeni qara dəlik olduğu aşkarlanıb.
Heyli və komandası bu istiqamətdə araşdırmalara davam edəcəklərini vurğulayıb.
Gülşən