Xəbər lenti

İdman 21:30 06.08.2026

"Qalatasaray" 35 milyon təklif edir, "Milan" 50 milyon istəyir

"Qalatasaray"ın uzun müddətdir transfer siyahısında yer alan portuqaliyalı futbolçu Rafael Leao ilə bağlı yeni iddialar ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisinin rəsmiləri futbolçunun transferi üçün İtaliyanın "Milan" klubu ilə təzminat məbləği üzrə danışıqlara başlayıblar.

2028-ci ilin yayına qədər "Milan"la müqaviləsi olan 27 yaşlı hücumçu üçün İtaliya klubunun 50 milyon avro tələb etdiyi bildirilir. İddialara əsasən, "Qalatasaray"ın 35 milyon avroluq təklifi rədd edilib.

Xəbərdə qeyd olunur ki, maliyyə şərtlərini daha münasib etmək məqsədilə "Qalatasaray" satınalma hüququ ilə icarə variantını da "Milan"a təklif edə bilər.

Məlumata əsasən, "Qalatasaray" futbolçunun özü ilə şəxsi müqavilənin şərtlərində razılığa gəlib. İddia olunur ki, tərəflər 27 yaşlı portuqaliyalı futbolçuya illik 9 milyon avro maaş ödənilməsini nəzərdə tutan müqavilə barədə anlaşma əldə ediblər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->