Xəbər lenti

"Qalatasaray" dünya ulduzunu transfer edir
İdman08:35 01.08.2022

"Qalatasaray" dünya ulduzunu transfer edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray" Halis Seferoviçdən sonra heyətinə daha bir ulduz futbolçu qatır.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubu Edinson Kavanini transfer edib.
"Mançester Yunayted"dən ayrıldıqdan sonra "Vilyarreal"la danışıqlar aparsa da, razılıq əldə edə bilməyən uruqvaylı ulduzun artıq "Qalatasaray"la anlaşdığı iddia olunub. Onunla danışıqları İstanbul klubun uruqvaylı qapıçısı Fernando Muslera aparır.
Qeyd edək ki, Kavani peşəkar karyerasına 2005-ci ildə Uruqvayın "Danubio" klubunda başlayıb. 2007-ci ildə İtaliya "Palermo"su onu 5 milyon avroya transfer edib. 2010/11 mövsümündə "Napoli" hücumçunu 5 milyon avroya icarəyə götürüb və 2011-ci ilin yayında 12 milyon avro qarşılığında transfer hüququnu alıb. 2013-cü ildə Kavani 64.5 milyon avro qarşılığında PSJ-yə transfer olunub. Onun son klubu "Mançester Yunayted" olub.
Kavani "Danubio"nun heyətində Uruqvay çempionluğunu (1 dəfə), "Napoli" ilə İtaliya Kubokunu (1), PSJ ilə Fransa çempionluğunu (6), ölkə kubokunu (5), Liqa Kubokunu (6), Fransa Super Kubokunu (4), Çempionlar Liqasında final oynayıb. O, həmçinin "Mançester Yunayted"lə Avropa Liqasının finalında iştirak edib.
35 yaşlı hücumçu 2008-ci ildən dəvət aldığlı Uruqvay millisində 133 oyun keçirib və 58 qol vurub.
Aydın