Xəbər lenti

Qalmaqallı karikaturanın müəllifi işdən qovuldu (FOTO)
Dünya05:44 19.05.2018

Qalmaqallı karikaturanın müəllifi işdən qovuldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın məşhur "Süddeutşe Zaytunq" qəzetinin karikaturaçısı Dayter Hanitzş İsrailin baş naziri Binyamin Netanyahunun karikaturasını çəkdiyi üçün yəhudi düşmənliyi ilə ittiham olunaraq işdən çıxarılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, sözügedən karikaturada "Eurovision" mahnı müsabiqəsinin qalibi Netta Barzilayın geyimində və əlində raket saxlayan Netanyahunu təsvir edilib.
Qəzet rəsmiləri Dayterin antisemitist düşüncələr sərgilədiyini və bu səbəbdən işdən çıxarıldığını açıqlayıblar.
Dayter isə karikaturasında baş nazirin Nettanın qalibiyyətini çirkin məsədlər üçün istifadə etmək istəməsini qeyd etdiyini bildirib. O, həmçinin buna görə peşman olmadığını deyib.
Çingiz