Xəbər lenti

“Kişi dövləti”nin qurucusu Azərbaycanla sərhəddə tutulub? (YENİLƏNİB)
Dünya09:15 03.09.2021

“Kişi dövləti”nin qurucusu Azərbaycanla sərhəddə tutulub? (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağıstandakı Rusiya sərhədçiləri "Kişi dövləti” adlı ekstremist qruplaşmanın lideri Vladislav Pozdynakovun Azərbaycanla sərhəddə saxlamadıqlarını deyirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Dağıstan üzrə sərhəd xidmətinin mətbuat xidməti TASS-a bildirib:
"Bizim sərhədçilər qeydiyyata alınmayan "Kişi dövləti” adlı millətçi hərəkatın hər hansı liderini saxlamayıblar”.
11.32
Rusiyanın "Kişi dövləti" təşkilatının qurucusu Vladislav Pozdynakov saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Teleqram” kanalının idarəçilərindən biri bildirib:
"Hadisə Azərbaycan sərhədində baş verib. Hələlik əlavə məlumat verə bilmərəm. Bir şey məlum olanda onu burada dərc edəcəyik”.
Pozdnyakov qaradərili uşaqları olan rus qadınların təqibini təşkil etməsi ilə tanınır. Onun ictimaiyyətinin ideologiyası "milliyyətçilik və atalıq"a əsaslanır. 2018-ci ildə Pozdnyakova qarşı nifrət və ya ədavət yaratmaqla bağlı cinayət işi açılıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282 -ci maddəsinin 1-ci hissəsi). Bu maddə ilə ona iki il şərti cəza verilib.
Xəyal